“Report”un 2 yaşı tamam olur

27 Oktyabr 2016 11:19 (UTC+04:00)

AzNews.az xəbər verir ki, "Report" İA ötən iki il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

"Report" İA sutka ərzində Azərbaycan dilində orta hesabla 180-190, rus dilində 110-120, ingilis dilində 50-60 xəbər istehsal edir.

Biz də kollektivimiz adından həmkarlarımızı təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq.