74 yaşlı qadını avtomobil vurdu

27 Oktyabr 2016 11:47 (UTC+04:00)

Metronun Nizami stansiyası yaxınlığında, Cəfər Cabbarlı küçəsində 1942-ci il təvəllüdlü Ruxsara Yusif qızı Məmmədova yolu keçmək istəyərkən onu avtomobil vurub. Nəticədə R.Məmmədova ağır bədən xəsarətləri alıb. Yol-nəqliyyat hadisəsini törədən sürücü xəsarət alan 74 yaşlı qadını 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb və o, xəstəxanada ölüb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Report.az