9-cu mərtəbədən yıxılan qız sağ qaldı - Bakıda

27 Oktyabr 2016 11:52 (UTC+04:00)

Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda Dadaş Bünyadzadə küçəsi 232 ünvanında baş verib.

Həmin ünvandakı binanın 13 saylı mənzilində yaşayan 2004-cü il təvəllüdlü Lamiyyə Namazova eyvandan yerə yıxılıb. Nəticədə azyaşlının ayağı sınıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Hadisə vaxtı L.Namazova evdə tək olub.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az