“Bu yazı Mikayıl Cabbarova aid deyil” - Nazirlikdən açıqlama + Foto

27 Oktyabr 2016 12:58 (UTC+04:00)

AzNews.az xəbər verir ki, kifayət qədər böyük həcmi olan məqalə ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidməti açıqlama yayıb. Açıqlamada bildirilir ki, sözügedən qəzetin 27 oktyabr 2016-cı il tarixli nömrəsində müəllifi təhsil naziri Mikayıl Cabbarov olduğu göstərilən "Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı" adlı yazının əslində nazirə heç bir dəxli yoxdur: "Təhsil Nazirliyinin Mətbuat xidməti bildirir ki, qeyd olunan yazı təhsil naziri Mikayıl Cabbarova aid deyil və onun hazırlanması ilə bağlı "Respublika" qəzetindən Təhsil Nazirliyinə heç bir müraciət olunmayıb".