Nazirlikdə kadr dəyişikliyi - Sektor müdiri işdən çıxdı

27 Oktyabr 2016 14:59 (UTC+04:00)

Sektorun müdiri İradə Rüstəmzadə vəzifəsindən azad olunub. Faktı AzVision.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova təsdiqləyib.

O bildirib ki, İ.Rüstəmzadə bir neçə gün öncə öz istəyi ilə ərizə yazıb və işdən azad olunub. "İradə Rüstəmzadə illərdir sektora rəhbərlik edib. Lakin bir neçə gün öncə öz istəyi ilə ərizə yazdı və işdən azad olundu. Onun çıxmasının sektorun fəaliyyətinə heç bir təsiri yoxdur. Nazirliyin Dopinqə qarşı mübarizə sektoru əvvəlki qayda da öz işini davam etdirir".

AzNews.az