“Sən otur yerində!” - “Azdrama” ilə YUĞ-çular arasında növbəti qalmaqal

27 Oktyabr 2016 18:04 (UTC+04:00)

AzNews.az xəbər verir ki, YUĞ Dövlət Teatrının baş rejissoru Gümrah Ömərin F.Poladovun müdafiəsinə qalxması Xalq artisti Ramiz Məliki özündən çıxardıb.

O, rejissora bu davanın bünövrəsinin elə YUĞ-çular tərəfindən qoyduğunu bildirib: "YUĞ-çu, otur yerində, sənin Fuad haqqında fikir söyləməyə nə qabiliyyətin çatır, nə biliyin, nə də "sənət"in. Milli Dram Teatrı Fuadın teatrıdır. Vaxtilə milli teatrda suyu bulandıran siz YUĞ-çular olub. İndi Allaha şükür teatr sizlərdən təmizlənib".

Qeyd edək ki, YUĞ Dövlət Teatrının baş rejissoru Gümrah Ömər F. Poladovun teatrdan getməsini dəstəkləmədiyini bildirib.

Bahar