Aşıq Əlinin sürücülük vəsiqəsi əlindən alındı

28 Oktyabr 2016 08:35 (UTC+04:00)

Avtosfer.az-ın məlumatına görə, bu səbəbdən də Qaradağ rayon Dövlət Yol Polisi Şöbəsinə çağırılan Aşıq Əlinin sürücülük hüququ 6 ay müddətinə məşdudlaşdırılıb və sürücülük vəsiqəsi əlindən alınıb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Aşıq Əlinin sürücülük hüququnun məhdudlaşdırıldığını təsdiq edib. Bu qərar onun cərimə ballarının 20-ni ötməsi və təyin edilmiş cərimələri vaxtında ödəmədiyi üçün qəbul edilib, İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə əsaslandırılıb.

Sayt yazır ki, Aşıq Əlinin sürücülük hüququ ilk dəfə məhdudlaşdırılmır. Belə ki, 2013-cü ildə onun sürücülük hüququ yenə də 6 ay müddətinə məhdudlaşdırılıbmış. Bu dəfə də səbəb cərimələri vaxtında ödəməməsi və cərimə ballarının çox olması olub.

AzNews.az