Faiq Ağayev 19 saat fasiləsiz nə işlə məşğul oldu?

5 Dekabr 2012 12:06 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, xalq artisti Faiq Ağayev Heydər Əliyev Sarayında 4 gün tamaşaçıların qarşısında "Vida" adlı xüsusi solo-konsert proqramı ilə çıxış edəcək.

AzNews.az-ın məlumatına görə, 4 günlük səhnə çıxışına məsuliyyətlə hazırlaşan F.Ağayev şəxsi rekordunu yeniləyib.

O, bu barədə "facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb: "Yeni şəxsi rekordum-19 saatlıq studiya çalışması! Full yorğunam... Əsas keyfiyyətdir! Konsert mükəmməl olmalıdır! Çünki sıradan bir konsert olmayacaq, İnşallah...".

Qeyd edək ki, xalq artisti yaxın günlərdə konsertlə bağlı jurnalistlərlə görüş keçirəcək.

Fuad Mədətov
AzNews.az