Bakıda yüksək sürət qəzaya səbəb oldu

28 Oktyabr 2016 12:05 (UTC+04:00)

"Report"un xəbərinə görə, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil sürətlə hərəkət edərkən dönmə əməliyyatını yerinə yetirmək istəyib, idarəetmədən çıxan avtomobil qarşıda hərəkət edən 10 MG 015 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı minik maşınına çırpılıb. Xəsarət alan olmasa da "Hyundai" markalı avtomobil deformasiyaya uğrayıb.

Faktla bağlı Binəqədi Rayon Dövlət Yol Polis İdarəsinin (DYPİ) əməkdaşları araşdırma aparır.

AzNews.az