Ramil Usubovdan yeni rəis - Təyinatı

28 Oktyabr 2016 13:54 (UTC+04:00)

"Report" xəbər verir ki, general-polkovnik nazir Ramil Usubovun imzaladığı əmrlə Nizami Rayon Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) yol nəqliyyat hadisələri üzrə baş inspektoru polis kapitanı Müştəba Həmidov vəzifəsindən azad edilib.

O, nazirin imzaladığı digər əmrlə Pirallahı Rayon Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi təyin edilib.

AzNews.az