Endirilən türk təyyarəsində Azərbaycan rəsmiləri olub - ŞOK

5 Dekabr 2012 14:08 (UTC+04:00)
Türk Hava Yollarına məxsus "Boing 737-800" tipli Elazığ adlı təyyarə bomba həyəcanından sonra məcburən eniş edib. Bomba xəbərdarlığından sonra hadisə yerinə yanğınsöndürən, polis və bomba zərərsizləşdirmə mütəxəssisləri hadisə yerinə gəliblər. Türk Hava Yolları aviaşirkətin məxsus və içərisində bir neçə tanınmış azərbaycanlının olduğu təyyarə İstanbuldan uça bilməyib.

Anspress-in "İhlas" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, təyyarə İstanbul-Kişinyov reysini yerinə yetirməli imiş və Atatürk hava limanından uçuşa hazırlaşıb. Bu zaman təyyarədə bomba olması barədə məlumat verilib. Faktla bağlı bir nəfər saxlanılıb.

Qeyd edək ki, Kişinyova KİV məsələləri ilə bağlı keçiriləcək konfransa gedən tanınmış azərbaycanlılar da təyyarədə olub. Onların sırasında Prezident Administarasiyasının ictimai-siyasi şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov, Avropa Birliyi və Avropa Şurası mətbuat üzrə birgə layihəsinin regional koordinatoru Şahin Abbasov, Repartyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov, həmçinin Media Hüququ İnstututunun direktoru Xalid Ağaəliyev də olub.

AzNews.az