Ermənistanda ana qızını fahişə etdi

5 Dekabr 2012 14:40 (UTC+04:00)
Ermənistanda ana yetkinlik yaşına çatmayan qızını 3 günlüyə cinsi istismara verib. Trend-in Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, Vanadzor şəhərinin sakini A.Sardaryan qızını 20 min dram (50 dollardan çox) müqabilində təzəlikcə həbsdən çıxmış tanışına satıb.

Ana cinsi istismara məruz qalan qızını sonradan tanışlarının yanına apararaq orada gizlədib. İnsidentin üstü Ermənistan polisi tərəfindən açılıb. Müəyyən edilib ki, A.Sardaryan xeyli müddətdir qadın alveri ilə məşğul olur. Fakt üzrə cinayət işi qaldırılıb, ilkin istintaq aparılır. Qızını satan ana isə həbs edilib.

AzNews.az