Balakən bir gündə iki dəfə silkələndi

5 Dekabr 2012 16:58 (UTC+04:00)
Bu gün saat 17:13 radələrində Balakəndə növbəti dəfə 3,6 maqnitudalı zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytının verdiyi məlumata görə, Zaqataladan 29 km qərbdə, Balakən- Gürcüstan sərhədində baş verən zəlzələ Balakən rayonunda 3 bala qədər hiss olunub.

Qeyd edək ki, bu gün saat 15:49 radələrində Zaqataladan 31 km qərbdə, Balakən-Gürcüstan sərhədində 3,6 maqnitudalı zəlzələ baş verib. Zəlzələ Balakən rayonunda 3 bala qədər hiss olunub.

Tikililərdə dağıntı yoxdur.

AzNews.az