Şin Abadda sagirdlər yanaraq külə döndü - EKSKLÜZİV

5 Dekabr 2012 20:41 (UTC+04:00)


Güney Azərbaycanın Urmu vilayətinə bağlı Xana şəhərinin Şin Abad kənd orta məktəbində yanğın baş verib.

Güney Azərbaycan milli fəallarının AzNews.az-a verdikləri məlumata görə, bu gün 37 azərbaycanlı uşağın təhsil aldığı 4-cü sinifdə neft sobasında başlanan yanğın nəticəsində sinifdəki şagirdlərin hər biri ciddi xəsarət alıb.

Məlumata görə, yanğın zamanı 6 şagird yanaraq həlak olub. 12 şagirdin vəziyyəti isə ağırdı. Hazırda vilayətin İmam Xomeyni adına xəstəxanasına yerləşdirilən 12 məktəbli ilə bağlı həkimlər hər hansı bir fikir bildirmirlər.

Verilən məlumata görə, İranın Azərbaycan vilayətlərində mövcud olan məktəblər ümumiyyətlə yararsız vəziyyətdədir. Kənd və qəsəbələrdə mövcud olan məktəblər isə tamamilə yararsızdı. Sadəcə olaraq valideynlər övladlarının təhsil alması üçün məcburi şəkildə onları məktəbə göndərirlər.

İnci
AzNews.az