Ermənilər yenə atəşkəsi pozdular

6 Dekabr 2012 09:51 (UTC+04:00)
Erməni silahlı bölmələri dünən və bu gecə atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı qüvvələri Ermənistan Respublikasının Berd rayonunun Çinarlı, İcevan rayonunun Berkaber kəndlərində, Füzuli rayonunun işğal olunmuş Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Cəvahirli, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında və Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az