Xalq artistinin gözü tutulub

6 Dekabr 2012 10:01 (UTC+04:00)
Xalq artisti Rasim Balayev bu günlərdə gözündən əməliyyat olunacaq. Aktyorun Kulis.az-a verdiyi məlumata görə "Sübhün səfiri" filminin çəkilişlərində sağ gözündə problem olduğunu hiss edibmiş: "Əvvəl gözümün qarşısını alan tor arada çəkilirdisə, indi çəkilmir.

Həmin gözüm demək olar ki, görmür. Yalnız tor görürəm. Hövsələm bir tikə olub. Əhval-ruhiyyəm də pozulub. Getdim həkimə, dedi ki, əməliyyat olunmalıdır. Narahatlıq üçün əsas yoxdur. Gözümə mirvari suyu gəlib, həkim deyir on dəqiqənin içində həll olunacaq və gözlərim görəcək." Əməliyyat gələn həftəyə planlaşdırılıb. Sevimli sənətkarımıza şəfa diləyir və keçmiş olsun deyirik.

AzNews.az