Saakaşvili istefasının səbəblərini açıqladı - Korrupsiya

7 Noyabr 2016 16:36 (UTC+04:00)

"Hazırki vəziyyətdə mən özüm getməyə qərar verdim və mübarizəmin yeni mərhələsinə başlayıram."

AzNews.az xəbər verir ki, bu sözləri Saakaşvili Odessada mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, Ukraynada hakimiyyət dəyişikliyindən sonra korrupsiya çiçəklənib, "necə soyurdular, elə də soymağa davam edirlər."

O, qeyd edib ki, məmurların gəlir deklarasiyasının elan edilməsi onun səbr kasasını dolduran "son damla" olub.