Azərbaycanlı tələbə Çində fitnes-model yarışında ikinci oldu - Foto

8 Noyabr 2016 23:42 (UTC+04:00)

AZƏRTAC bildirir ki, Çinin 150-dən çox universitetindən təxminən 500 tələbənin qatıldığı çempionatda S.Həsənov fitnes-model yarışında "A" qrupunda 30 idmançıdan üstün olaraq yarımfinal mərhələsinə keçib. Burada da hamıdan üstün olan həmvətənimiz final yarışında ikinci yerlə kifayətlənməli olub.

Qeyd edək ki, bu, Sadiq Həsənovun ilk uğuru deyil. O, bir neçə dəfə bu cür yarışlarda mükafat qazanıb.

AzNews.az