Mənsum İbrahimov 120-ci dəfə Məcnun olur

6 Dekabr 2012 12:43 (UTC+04:00)
Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimov 120-ci Məcnununu oynayacaq. Bunu AzNews.az-a sənətkarın özü bildirib.

M.İbrahimovun sözlərinə görə, yubiley tamaşasında onun tərəfmüqabili xalq artisti Aygün Bayramova olacaq: "Mən 120-ci dəfə Məcnun olacam. Əslində bu mənim yubiley tamaşamdır. Sevinirəm ki, belə bir rolu oynayıram. Mən bu rolun Məcnununa çevrilmişəm. Nə qədər Azərbaycan var "Leyli və Məcnun" da var".

M.İbrahimov 120-ci Məcnununu dekabrın 9-da təqdim edəcək.

Bahar Rüstəmli
AzNews.az