AMEA-nın 3 institutuna direktor seçiləcək

6 Dekabr 2012 13:53 (UTC+04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 3 institutunda boş qalan direktor vəzifəsinə seçkilər keçiriləcək. Belə ki, Folklor İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu və Nizami adına Ədəbiyyat İnstitutunun direktor seçkilərinin nəticələrinin gələn ilin yanvarın 20-dək elan ediləcəyi gözlənilir.

Bu barədə məlumat AzNews.az-a Nəsimi adına Dilçilik İnstitutundan verilib.

Məlumata görə, İnstitutların Elmi Şurası, eləcə də Humanitar və İctimai Elmlər Bölməsi direktor vəzifələrinə namizədləri bu ilin sonuna qədər irəli sürəcək. Yanvarın 20-dək isə seçkilərin keçirilərək nəticələrin elan ediləcəyi gözlənilir.

Elnarə
AzNews.az