“Ford” 2 piyadanı vurub qaçdı - 1 ölü, 1 yaralı (Video + Foto)

11 Noyabr 2016 16:01 (UTC+04:00)

ARB TV xəbər verir ki, Neftçala rayonunun Yuxarı Qaramanlı kənd sakini 42 yaşlı Səidə Qurbanova hadisə yerində ölüb, Şirvan şəhər sakini 53 yaşlı Gülbəniz Camalova isə ağır bədən xəsarətləri alıb. Yaralı qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Hüquq- mühafizə orqanı əməkdaşları hadisə yerinə baxış keçiriblər. Şahidlərin dediyinə görə, piyada qadınları vuran "Ford" markalı avtomobilin sürücüsü dərhal hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı cinayət işi açılıb, sürücünün axtarışları aparılır.

AzNews.az