Dünya rəssamları Bakıya gəlir

6 Dekabr 2012 19:55 (UTC+04:00)
Bakıda "Alüminium" V Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək. 11-16 dekabr tarixində baş tutacaq mərasimə dünyanın onlarla ölkəsindən olan rəssamlar, sənətşünaslar, kuratorlar cəlb olunub.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, tədbirin məqsədi Azərbaycan müasir incəsənətini onun hüdudlarından kənarda yaşayan tamaşaçıya və mütəxəssislərə tanıtmaq, eləcə də ölkəmizdə müasir incəsənətin inkişafının təbliği və rəssamların yaradıcılığının dəstəklənməsidir.

Qeyd edək ki, V Beynəlxalq Müasir İncəsənət Biennalesi Mədəniyyət və Turizm Nazirliyi, Rəssamlar İttifaqı və "Yarat!" Yaradıcılıq Məkanının təşkilatçılığı ilə ərsəyə gələcək. Mərasimin sponsoru Fransanın Azərbaycandakı səfirliyidir.

Bahar Rüstəmli
AzNews.az