“Adımdan istifadə edib pul qazananlar həbs olunacaqlar” - Mətanət

13 Noyabr 2016 20:03 (UTC+04:00)

Axşam.az-a istinadən məlumatına görə, "ATV maqazin onlarla" verilişinə açıqlama verən Mətanət bir qrup şəxsin onun adından istifadə edib pul qazandığını söyləyib.

"Evlərə zəng vururlar. "ATV-nin müxbiriyik" deyirlər. Mətanətin verilişindən min manat civarında cehiz qazanmısınız. Amma 250-300 manat verin və gəlin həmin cehizləri ATV kanalından götürün", - deyə Mətanət Əliverdiyeva insanları aldadanlar barədə danışıb.

Aparıcı deyir ki, artıq bir neçə şəxs bununla bağlı kanala müraciət edib. Amma bütün bunların cəfəngiyyat olduğunu bildirən Mətanət insanları aldanmamağa səsləyib.

Eyni zamanda insanları aldadanlara da üzünü tutan aparıcı bunları deyib: "Mən bilmirəm bunu kim edir. Amma inandırım sizi ki, ikinci belə bir addım həbslə nəticələnəcək".

AzNews.az