Avstraliyanın baş naziri dünyanın sonunu təsdiqlədi - VİDEO

6 Dekabr 2012 18:10 (UTC+04:00)
Аvstraliyanın baş naziri Culiya Gillard hesab edir ki, "dünyanın axırı" qaçılmazdı. Ölkə vətəndaşlarının qarşısında çıxış edən baş nazir onlara müraciət edərək bildirib ki, bu hadisə mütləq baş verəcək. O, cənub qitəsinin sakinlərini bundan qorxmamağa çağırıb.

AzNews.az –ın "İnternational Business Times"-a istinadən verdiyi xəbərə görə, dövlət bayraqlarının fonunda dayanan xanım nazir çox ciddi şəkildə dünyanın sonunun yaxın olduğunu gizlətməyib. "2000-ci ildə Apokalipsis baş vermədi. Bizim məmurlar kömürə vergi tətbiq edəndə də dünyanın sonu gəlmədi. Buna görə də mən əminəm ki, bu dəfə nəhayət ki, dünyanın sonu gələcək" – deyə Culiya Gillard bildirib.




İnci
AzNews.az