Xalid əl-Əbudin Bakıya gəlir

14 Noyabr 2016 08:58 (UTC+04:00)

Bunu Trend-ə ölkənin maliyyə bazarındakı mənbə bildirib.

"ICD başçısı dekabrın 8-də keçiriləcək beynəlxalq investisiya konfransında iştirak etmək üçün Bakıya gələcək. Həmçinin, hələlik dəqiq olmayan informasiyaya görə, onunla birgə Azərbaycana İslam inkişaf bankı Qrupunun prezidenti Bəndər Həcər gələ bilər", - mənbə deyib.

Mənbənin sözlərinə görə, ərəb ölkələrindən investisiyaların cəlb edilməsinə yönəlmiş konfrans Azərbaycanda bu cür ilk və ən böyük tədbir olacaq.

AzNews.az