15 motosikletçi həbs olundu

6 Dekabr 2012 22:21 (UTC+04:00)
Isveçin Höteborq Bölgə Məhkəməsi bir motosiklet klubunun 19 üzvündən 15 nəfərini 2,5 il müddətinə azadlıqdan məhrum edib.

AzNews.az-a bu haqda məlumatı Bölgə Məhkəməsinə istinadən İsveç Krallığındakı həmyerlimiz Zöhrab Zeynalov verib.

Verilən məlumatda qeyd olunur ki, digər 4 nəfər isə məhkəmə zalından azad edilib. Səbəb kimi klub üzvlərinin Kalmar şəhəri yaxınlığındakı gecə klublarından birinə basqın edərək klubda əylənənlərə müxtəlif xəsarətlər yetirmək və kluba maddi ziyan vurmaq göstərilir.

Klub üzvləri içkili olduqlarını səbəb gətirsələr də, cinayətin digər rəqib klubların teşkilatçılığı ilə həyata kecirilməsi ehtimalları da istisna olunmur.

İnci
AzNews.az