Xocalı soyqırımına diqqət çəkmək üçün Ankaradan piyada Ermənistana yürüş edən 59 yaşlı Qələndər Bayramlı 700 kilometrlik yürüşünün ardından Ərzincana çatıb.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki qızı və 3 nəvəsi olan Azərbaycan əsilli Q.Bayramlı Türkiyə Böyük Millət Məclisinin önündən başlatdığı yürüşdən 19 gün sonra Ərzincana çatıb.
Belindəki çanta ilə gündə 30-35 km yol qət edən Q.Bayramlı Ermənistanın 1992-ci ildə Xocalıda törətdiyi soyqırıma diqqəti cəlb etmək üçün bu il martın 21-də başladığı yürüşdə 2 min 400 km yol qət edərək 26 mayda Xocalıya çatmışdı.
"O zaman söz vermişdim ki, bu il ermənilər torpaqlarımızı qeyd-şərtsiz geri versələr yürüşləri dayandıracağam. Amma bu olmadı. Buna görə də İrəvana yürüş edirəm" deyə Q.Bayramlı "Doğan" xəbər agentliyinə bildirib.
Q.Bayramlı, Ərzurum, Qars, Ardahanın ardından Gürcüstana, oradan isə Ermənistana yürüyəcək.