Ulyukayev məhkəmədə özünü təqsirli bilməyib

15 Noyabr 2016 17:10 (UTC+04:00)

AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, Ulyukayev günahını etiraf etməyib. O, rüşvət almaq, eləcə də onun tərəfindən hər hansı başqa qeyri-qanuni fəaliyyətin olması barədə faktı rədd edib.

Ulyukayev barəsində hökm verilməsi üçün Basman məhkəməsinə aparılıb.

Bu, müasir Rusiya tarixində federal nazirin saxlanmasıyla bağlı ilk haldır.

Aydan AXUNDOVA