Toni Brekston Bakıya gəlməkdən imtina etdi

7 Dekabr 2012 09:04 (UTC+04:00)


Dünya şöhrətli müğənni Toni Brekstonun Bakı konserti təxirə salınıb. Buna səbəb müğənninin səhhətində qəfildən yaranmış problemlərdir.

Onu müayinə edən həkimlər bir müddət səhnəyə çıxmamağı, konsert verməməyi məsləhət görüb. Gələcək karyerasını uçurum qarşısında görən müğənni Bakıda keçirmək istədiyi konsertini təxirə salmağa qərar verib.

Qeyd edək ki, bu gün müğənninin konserti üçün satılan biletlər geri qaytarılacaq. Xatırladaq ki, konsert dekabrın 17-18-də Heydər Əliyev Sarayında keçirilməli idi.

Bahar Rüstəmli
AzNews.az