22 ildir kanalizasiyada yaşayan AİLƏ- FOTOLAR
7 Dekabr 2012 09:13 (UTC+04:00)
Kolumbiyalı Mariya Qarsiya və həyat yoldaşı Migel Respero 22 ildir ki, kanalizasiyada yaşayırlar.
Evləri olmadığına görə, cütlük 1990-cı ildən bəri həyatlarını yerin dərinliyindəki kanalizasiya quyusunda keçirir. 6 metr dərinliyi, 1.4 metr hündürlüyü olan "ev" Kolumbiyanın ikinci ən böyük şəhəri olan Medellində yerləşir.
Ailə kanalizasiya quyusunda özləri üçün müəyyən şərait yaradıb. Ara-sıra gün işiğına çıxan cütlük alış-verişlərini onlarla bərabər yaşayan itlərinə həvalə ediblər.
Elnarə
AzNews.az