Təlimlərdə aviasiya zərbələri - Foto

15 Noyabr 2016 23:25 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu gün aviasiya vasitələrinin, şəxsi heyətin döyüş hazırlığı və HHQ-nin müasir avtomatlaşdırılmış idarəetmə sistemlərinin fəaliyyətləri yoxlanılıb.

Tam hazır vəziyyətə gətirilən 50-dən çox hərbi təyyarə və helikopterlər ehtiyat aerodromlardan döyüş uçuşları yerinə yetirib.

Havaya qaldırılmış aviasiya düşmənin fəaliyyətinin qarşısının alınması və qəflətən qarşıya çıxan düşmən hədəflərinin atəşlə məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirib.