“Eurovision-2013” - Milli seçim turu başlayır

7 Dekabr 2012 10:01 (UTC+04:00)
Gələn ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək "Eurovision-2013" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi məqsədi ilə milli seçim turu keçiriləcək.

İctimai Televiziya və Radio Yayımları Şirkətindən APA-ya verilən məlumata görə, artıq seçim turunun başlayacağı vaxt müəyyənləşib. Dekabrın 17-dən etibarən İctimai Televiziyanın canlı efirində "Eurovision-2013"də Azərbaycan adından çıxış etmək arzusunda olan 80-ə yaxın namizəd özünü seçimlərdə sınayacaq.

Milli seçimlər 8 həftə davam edəcək. Hər il olduğu kimi bu il də proseduralar eyni qaydada həyata keçiriləcək. Hərfə içi hər gün axşam müəyyən olunmuş həftələrdə çıxış edəcək namizədlər öz perfomanslarını nümayiş etdirəcəklər. Həftənin cümə günü isə beş günün qalibi müəyyənləşəcək. Milli seçimdə 80-ə yaxın namizəd öz şansını sınayacaq. Sonda isə hər həftənin qalibi arasından Azərbaycanın "Eurovision-2013" təmsilçisi təyin olunacaq.

Təmsilçimiz həm münsiflər heyəti, həm də tamaşaçı səsverməsi ilə müəyyənləşəcək.

AzNews.az