Soydaşlarımız Türkiyə parlamentinə müraciət etdi

7 Dekabr 2012 10:02 (UTC+04:00)
Türkiyədə yaşayan soydaşlarımız "Güney Azərbaycan türklərinə qarşı zülmə dur deyək" adlı imzatoplama kampaniyasına başlayıb.

Məqsəd Türkiyə Böyük Millət Məclisinin diqqətini Güney Azərbaycan türklərinə qarşı həyata keçirilən assimilyasiya siyasətinə çəkməkdir.

Müraciətdə soydaşlarımızın ana dilində təhsil hüququnun tanınmaması, assimilyasiya siyasəti, Urmiya gölünün quruması, Azərbaycanın tarixi toponimlərinin farslaşdırılması, milli fəalların həbsi, iqtisadi çətinliklər kimi problemlər vurğulanır.

Alpər Oğuz
AzNews.az