Azərbaycanlı modeldən yeni FOTOLAR

7 Dekabr 2012 10:15 (UTC+04:00)
ABŞ-ın Nyu-York şəhərində yaşayan və orada çalışan azərbaycanlı top-model Rüstəm Cəbrayılovun yeni fotosessiyası hazırlanıb.

Bu barədə AzNews.az-a top-modelin özü deyib. O, bildirib ki, fotoqraf da həmyerlimizdir: "Uzun müddətdir ABŞ-da yaşayan fotoqraf Nata Göbellə iş birliyimdən razıyam. Həm də dostumdur. Onun çəkdiyi şəkillər izləyənlərin marağına səbəb olur".

Qeyd edək ki, iki il əvvəl Azərbaycandan ABŞ-a gedən R.Cəbrayılov, hazırda Nyu-Yorkda "Red Model Management" məşhur model agentliyi ilə iki illik müqavilə əsasında çalışır.

Fuad Mədətov
AzNews.az