Prezidentin Füzuliyə səfərinə həsr olunan müşavirə keçirilib - Fotolar

17 Noyabr 2016 11:01 (UTC+04:00)

İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazidəki icra nümayəndələri, bələdiyyələr, ziyalılar, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi müşavirədə çıxış edən Alı Alıyev Prezident İlham Əliyevin Füzulidə 6-cı dəfə, son beş ildə isə üç dəfə olmasını tarixi hadisə adlandırıb. O, bildirib ki, son beş ildə ölkə başçısının rayonumuza 3 dəfə gəlməsi cənab İlham Əliyevin füzulililərə böyük inamı, füzulililərin Prezidentə böyük məhəbbəti hesab olunmalıdır. Ölkə başçısının füzulililərlə görüşü zamanı dediyi sözlər isə onun rayonumuza olan yüksək hörməti və ehtiramıdır.

Alı Alıyev bildirib ki, səfər zamanı ölkə başçısı Horadiz şəhərində Avtovağzal kompleksinin, Xalça kombinatının, Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa olunan Rəsm Qalareyasının, Fin quraşdırma evlərində məskunlaşan 400 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin, Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun açılışında iştirak edib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident görülmüş işləri yüksək qiymətləndirib.

Çıxış edənlər bildiriblər ki, ölkə başçısının uğurlu daxili siyasətinizin bariz nümunəsi özünü nəinki paytaxt Bakının, eləcə də respublikanın bütün regionlarının, o cümlədən, Füzuli rayonunun da hərtərəfli inkişafında göstərməkdədir. Ölkə başçısının Füzulidə 6 dəfə olması onun rayonumuza böyük diqqəti və qayğısının bariz nümunəsidir.

Müşavirədə rayon ictimaiyyətinin Prezidentə müraciəti oxunub.

Müşavirə rayonun incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.