Azərbaycan və Küveyt arasında birbaşa aviareyslər açılacaq

18 Noyabr 2016 15:34 (UTC+04:00)

Bunu Trend-ə Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman deyib.

Onun sözlərinə görə, hazırda ölkələr arasında xüsusilə turizm sahəsində əlaqələr inkişaf etməkdədir. Buna səbəb olaraq səfir Azərbaycanla Fars körfəzi ölkələri arasında viza rejiminin sadələşdirilməsini göstərib. O deyib ki, iki ölkə arasında birbaşa aviareyslərin açılması daha geniş inkişafa səbəb olacaq.

Azərbaycanın "AZAL" sərnişin və "Silk Way Airlines" yükdaşıyıcıları Küveytin şəhərlərinə birbaşa reyslərin açılması perspektivlərini öyrənir. Eyni zamanda, Küveytin "Əl Cəzirə" şirkəti Azərbaycana aviareyslər açmağı planlaşdırır.

AzNews.az