Bu gün Nigar Yaqublunun məhkəməsidir
7 Dekabr 2012 12:12 (UTC+04:00)
Bu gün Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublunun məhkəməsi olacaq. AzNews.az-ın məlumatına görə, məhkəmə saat 15:30-da Abşeron Rayon Məhkəməsində keçiriləcək.
Qeyd edək ki, Müsavat Partiyasının üzvü, gənc fəal Nigar Yaqublu avqustun 25-də Bakı-Şamaxı yolunun 13-cü kilometrliyində müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən qəza ilə bağlı həbs olunub.
İlkin
AzNews.az