Lionel Messi Argentina Futbol Federasiyasının 6 aylıq borcunu ödədi

19 Noyabr 2016 00:09 (UTC+04:00)

Apasport.az saytının məlumatına görə, DÇ-2018-in seçmə oyunları ilə əlaqədar millinin düşərgəsində olan Leo Argentina Futbol Federasiyasının (AFA) borclarını da ödəyib.

Belə ki, toplanış zamanı məlum olub ki, AFA-nın millinin təhlükəsizliyini qoruyan şirkətə borcu var imiş. Federasiya şirkətə son 6 ayın ödənişini etməyib. Bu barədə təhlükəsizlik əməkdaşları Messiyə xəbər veriblər. O isə bütün xərcləri öz cibindən ödəyib.

AzNews.az