Təhsil İdarəsi direktorlara xəbərdarlıq etdi

7 Dekabr 2012 13:10 (UTC+04:00)


"Yeni il ərəfəsində məktəblərdə şənliklər keçirilə bilər. Ancaq bu şənliklər üçün valideynlərdən pul tələb edilərsə, onlar dərhal Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etsinlər". Bunu AzNews.az-a idarənin beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı deyib.

Sektor müdirinin sözlərinə görə, şagirdlərdən pul tələb edilməsi hallarına təsadüf edilərsə, 441 – 06- 19 nömrəli "qaynar xətt"ə müraciət edilə bilərlər: "Qaynar xətt" xidməti gün ərzində işləyir və oraya daxil olan məlumatlar operativ şəkildə araşdırılır. Əgər məktəblərdən pul istənilməsi ilə bağlı məlumat təsdiqini taparsa, buna yol verənlər cəzalandırılacaq".

Elnarə Əlosmanqızı
AzNews.az