Yazıçılar Birliyindəki davanın TƏFƏRRÜTLARI

7 Dekabr 2012 14:28 (UTC+04:00)


Yazıçı Mahirə Abdulla ilə birliyin katibi şair Abbas Abdulla qalmaqalına Yazıçılar Birliyindən cavab gəldi. AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu AzNews.az-a açıqlamasında baş verən davanın sakitləşdiyini bildirdi: "Bu, Yazıçılar Birliyinin daxili işidir. İki nəfər mübahisə edib, sakitləşib, sonra da barışıblar. Bir də ki, ağızları nədir barışmasınlar. Davaya çıxanların biri qadındı, biri isə 79 yaşında ağsaqqal kişidir".

Qeyd edək ki, Abbas Abdulla AYB-nin Məlahət adlı işçisinin Mahirə Abdulla ilə eyni otaqda oturması barədə göstəriş verib. Mahirə Abdulla isə buna etiraz edib. Yaranan mübahisə Mahirə Abdullanın Abbas Abdullaya hücum etməsinə qədər genişlənib. Belə ki, Yazıçılar Birliyinin xanım əməkdaşı əlindəki qayçı ilə Abbas Abdullanı vurmaq istəyib. Bu zaman araya girən Birliyin Arzu adlı əməkdaşı xəsarət alıb.

Bahar Rüstəmli
AzNews.az