Sumqayıtda yol TERRORU

7 Dekabr 2012 14:37 (UTC+04:00)


Dekabrın 7-də saat 04.00 radələrində Sumqayıt şəhəri ərazisində Bakı şəhər sakinləri Qorxmaz Niftaliyevin idarə etdiyi "VAZ-2107" markalı və Gündüz Cəlilovun idarə etdiyi "Mercedes E-200" markalı avtomaşınlar toqquşub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, qəza nəticəsində Q.Niftəliyev və sərnişiləri - Bakı şəhər sakinləri Rövşən Mürşüdov, Sakit Şəmsəddinov və 25-30 yaşlı 2 kişi, habelə G.Cəlilovun 30-35 yaşlı qadın sərnişini hadisə yerində ölüb. Xəsarət alan G.Cəlilov və digər sərnişinləri - Rusiya Federasiyası vətəndaşları Xədicə Əhmədova və Asiyaq Azayeva xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

Elnarə Əlosmanqızı
AzNews.az