Yaponiyada şiddətli zəlzələ - VİDEO

7 Dekabr 2012 14:44 (UTC+04:00)
Yaponiyanın şimal-şərq sahillərində 7.3 bal gücündə şiddətli zəlzələ baş verib. "Euronews"un məlumatına görə, zəlzələ o qədər güclü olub ki, paytaxt Tokioda da hiss edilib.

Ölkə rəhbərliyi artıq sunami həyəcanı verib. Miyaqi əyalətinin rəhbərliyi bölgədə 1 metrdən çox dalğaların sahilə yaxınlaşdığını bildirib.
Tələfat və dağıntılar barədə heç bir açıqlama verilməyib.



Tərlan
AzNews.az