Səfir: Türkiyənin çətin günlərində Azərbaycan xalqı daim yanımızda oldu - Foto

23 Noyabr 2016 00:13 (UTC+04:00)

Trend-in məlumatına görə bunu Türkiyə Respublikasının Azərnbaycandakı səfiri Erkan Özoral Bakıda keçirilən "2-ci Türk Filmləri Həftəsi" açılış qalasında deyib.

Səfir qeyd edib ki, Türkiyə ilə Azərbaycanı bir birindən uzun illər ayırdılar: "Biz ürəyi bir atan, eyni ananın iki övladıyıq. İki ölkənin bir birinə yenidən qovuşmağının tarixi 25 il oldu. Bu müddətdə biz bir birimizi daha yaxından tanıdıq, anlaşdıq".

Diplomat bildirib ki, iki ölkə arasında tarixi bağları dərinləştirmək üçün mədəni əlaqələr daha sıx olmalıdır: "Bu festivalda Türk kinoları ilə bir daha tanış olmaq fürsətiniz olacaq. Ürəyi-canı bir olan iki ölkənin mədəniyyət münasibətləri, kino əlaqələri daha yaxşı olmalıdır."

AzNews.az