“Neftin adamı” təqdim olundu

7 Dekabr 2012 21:32 (UTC+04:00)
"Neftin adamı" sənədli filmi Finlyandiyada keçirilən "Wildlife Vassa International Nature Film Festival"-da (Beynəlxalq Təbiət Filmləri Festivalı) nümayiş olunub. Azərbaycanın ilk dəfə təmsil olunduğu bu festivalda 50-yə yaxın ölkədən - Almaniya, Böyük Britaniya, Yunanıstan, Fransa, Türkiyə, Çin, Rusiya, Braziliya və digər ölkələrdən 157 sənədli film iştirak edib.

Seyran Mahmudoğlunun "Neftin adamı" sənədli filmi "Ostrobothnian museum’s artistic awards" nominasiyasında "Terranova Special Mentions" (Terranova adına Xüsusi Mükafat) mükafatına layiq görülüb.

"Neftin adamı" qısametrajlı sənədli filmi bu ilin dekabr ayında ölkəmizi Hindistanda təşkil olunacaq "Third Eye Asian Film Festival"da (Üçüncü Göz Asiya Film Festivalı) təmsil edəcək.

Filmin prodüserləri Seyran Mahmudoğlu, Esmira Əyyub, rejissoru Seyran Mahmudoğlu, ssenari müəllifi Esmira Əyyubdur.

Bahar Rüstəmli
AzNews.az