Ledi Qaqa Medvedyevə təşəkkür etdi

8 Dekabr 2012 08:57 (UTC+04:00)
Şou dünyasının qalmaqallı ulduzu Ledi Qaqa Rusiyanın baş naziri Dmitri Medvedyevə homoseksualları dəstəklədiyinə görə təşəkkür edib. Sosial şəbəkədə bu barədə yazan Ledi Qaqa Rusiya baş nazirinin çıxışını bəyəndiyini bildirib.

Baş nazir bir gün əvvəl homoseksuallara qarşı təbliğata tərəfdar olmadığını bildirmişdi. Eyni zamanda qeyd etimişdi ki,
insanlar arasında bütün münasibətləri qanunla tənzimləmək mümkün deyil.

D.Medvedyevin Rusiya telekanallarına verdiyi müsahibəsindəki fikirlərini bəyəndiyini vurğulayan müğənni bununla da baş nazirin bütün Rusiyada onun pərəstişkarlarını və şousunu dəstəklədiyini düşünür.

Qeyd edək ki, Ledi Qaqa dekabrın 9-dan etibarən Rusiyada konsertlərə başlayacaq. Amerikalı ulduzun Moskva və Sankt-Peterburqda konsertləri planlaşdırılır.

Elnarə Əlosmanqızı
AzNews.az