DİN-in rüşvət alan məmuru və arvadı işdən qovuldu - EKSKLÜZİV

8 Dekabr 2012 11:15 (UTC+04:00)
Daxili İşlər Nazirliyinin A.Heydərov adına Respublika Hospitalının qəbul otağının müdiri, polis polkovnik-leytenantı Həbib Adaş oğlu Məmmədovun həbs edilməsi ilə bağlı məlumat vermişdik.

AzNews.az-a mövzu ilə bağlı daxil olan yeni məlumata görə, Həbib Məmmədov və həyat yoldaşı, 12 saylı poliklinikanın baş həkiminin müavini olan İlhamə Məmmədova artıq vəzifədən kənarlaşdırılıblar.

Onlar barəsində Respublika Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə təqdim edilmək üçün materiallar hazırlanır.

Xatırladaq ki, Həbib Adaş oğlu Məmmədovun işdən uzaqlaşdırılmasına səbəb Sabunçu rayon 12-ci polis bölməsinin sahə müfəttişi, polis kapitanı Ümid Umudovdan 120 manat rüşvət alması olub.

Elnur Əzimov
AzNews.az