Hacıbala Abutalıbovdan prezidentə şikayət olunacaq

8 Dekabr 2012 14:50 (UTC+04:00)


"Mənim evimin uçurulmasında Hacıbala Abutalıbov günahkardır. Hacıbala Abutalıbov özündən təzə bir "qanun" çıxarıb və həmin "qanun"la da "Baksoveti" idarə edir". Bunu AzNews.az-a açıqlamasında Əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyov deyib.

Ə.Mahmudbəyovun fikrincə, Bakı merinin idarəçilik sistemi "buldozer qanunu"dur: "Buldozerlə Bakını idarə etmək asandır. Tikinti prosesində özbaşınalıq edirlər. Kimin ağlına nə gəlirsə, onu da edir. Tikintini kim aparır, nə üçün aparır onu deyən yoxdur.

Dekabrın 10-da prezidentə teleqram vuracam. Ya da qəbuluna girəcəm. Qoy görüm bunun sonu necə olacaq? Mən heç bir şey istəmirəm. Obyektiv vəziyyət necədirsə, ona orada münasibət bildirsinlər".

Bahar Rüstəmli
AzNews.az