Balın qiyməti müğənnini özündən çıxardı

8 Dekabr 2012 20:34 (UTC+04:00)
Türkiyənin "Axşam" qəzetinin yazdığına görə, türk musiqisinin imperatoru İbrahim Tatlısəs televiziya vasitəsilə reklam olunan balın qiymətindən narazılığını bildirib. Kənd təsərrüfatı qida və heyvandarlıq naziri Mehdi Əkərə səslənən Tatlısəs Twitter səhifəsindən bunları bildirib:

"Nörmətli Mehdi Əkər nazirim, mənim xalqıma qarşı edilənlər günahdı. Nədir bizim du bal satanlardan çəkdiyimiz? Bal satanlar ən böyük hiyləgərdirlər. Bunun sonu nə olacaq? Heç 6 kq bal 100 TL-yə (təxminən 50 manat) olarmı? İnsanlar reklamlara aldanaraq bu baldan alıb istifadə edirlər. Xahişim odur ki, dələduz bal satanlara qarşı mübarizə tədbirləri görəsiniz".

İnci
AzNews.az