“Bofa“ qasırğası QAYIDIR

8 Dekabr 2012 21:34 (UTC+04:00)
500-dən artıq insanın həyatına son qoyan "Bofa" qasırğası istiqamətini dəyişərək yenidən Filippinə doğru hərəkət edir. Meteoroloqların sözlərinə görə, təbii fəlakət indi də ada ölkəsi olan Filippinin Luson adasına yan alıb.

AzNews.az-ın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, dekabrın 9-na keçən gecə gözlənilən küləyin sürəti saatda 160 kilometrə çatacaq.

Xatırladaq ki, ötən çərşənbə axşamı "Bofa" qasırğası artıq Filippinin "qonağı" olub. Təbii fəlakət nəticəsində evlər dağılıb, elektrik xəttləri sıradan çıxıb, hava nəqliyyatı və dəmir yolu iflic vəziyyətə düşüb. "Bofa" 2012-ci ildə ən güclü Filippin qasırğası olub.

İnci
AzNews.az