“Gənclik Mall”da uçqun əhali arasında təşviş yaratdı

2 Dekabr 2016 15:04 (UTC+04:00)

AzNews.az xəbər verir ki bu gün Səhər saatlarında "Gənclik Mall" ticarət mərkəzində Yeni İl bayramı ilə əlaqədar tavana bərkildilmiş şarlar yenə çırpılıb.
Nəticədə təşvişə düşən alıcılar ticarət mərkəzini tələsik tərk edib.

"Gənclik Mall" ticarət mərkəzinin ictimayyətlə əlaqələr departamentinin nümayəndəsi Nuranə İsgəndərova AzNews.az –a bildirib ki, Yeni İl dekorasiyalarının uçması nəticəsində baş verən uçqun zamanı xəsarət alan olmayıb:

"Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır və nəticələri aradan qaldırılıb. "Gənclik Mall" adi qaydada işini davam etdirir və narahatlığa heç bir əsas yoxdur."

Bahar Rüstəmli
AzNews.az